Dünya
DXR: ATƏT-in təyyarələrini vuracağıq (VİDEO)
Qondarma Donetsk Xalq Respublikasının (DXR) müdafiə
naziri Vladimir Kononov hərbi birləşmələrinin ATƏT-ə aid pilotsuz
təyyarələri vuracaqları barədə xəbərdarlıq ediblər.
ANS PRESS-in məlumatına görə, pilotsuzlar silahlanmamış uçan
aparatlardır ki, Ukraynanın ATƏT nümayəndəsinin xüsusi müşahidə
missiyasının sərəncamına keçəcək. Onlar məxsusi insidentlər barədə
faktların toplanması və missiyanın hadisələrin gedişatına müşahidə
köməyində olmaq üçün nəzərdə tutulub.
Buna baxmayaraq Kononov bildirib ki, DXR hər hansı bir Beynəlxalq
təşkilatla danışıqlar aparmağa hazırdır. Lakin bu danışıqlar
“hadisələrin real təsvirinin müəyyənləşdirilməsi və Ukrayna
tərəfinin təcavüzü nəticəsində humanitar faciənin baş verdiyini
nəzərə alaraq, yeni mənasız itki və dağıntının qarşısının
alınmasına xidmət etdiyi təqdirdə mümkündür”- deyə Kononov şərt
qoyub.
“Yuxarıda deyilənləri nəzərə alaraq Donetsk Xalq Respublikasının
Müdafiə Nazirliyi belə pilotsuz uçan aparatların məhvi haqqını
özündə saxlayır”- deyə Kononov bildirib.
Qeyd edək ki, son günlər Ukrayna ordusunun irəliləməsi ilə
müşaiyyət olunan silahlı qarşıdurmalar genişlənib. Hazırda Ukrayna
ordusu Donetsk şəhərini mühasirədə saxlayır. Lakin əks tərəf
mövqeləri saxlamaqda israrlıdır.
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək