Putinlə Poroşenko görüşəcək
Bizi izləyin

Dünya

Putinlə Poroşenko görüşəcək

Ukrayna prezidenti Pyotr Poroşenko Belarusun paytaxtı Minskdə Vladimir Putinlə görüşəcək.

Publika.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenko ilə uzun müddətdən sonra avqust ayının 26-sı Minskdə reallaşdırılacaq toplantıda yenidən üz-üzə gələcəklər. Görüş həmin tarixdə Minskdə Gömrük İttifaqına üzv ölkələrin liderləri ilə keçiriləcək tədbir çərçivəsində baş tutacaq

Toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Aİ nümayəndələri də iştirak edəcək.

Avropa Komissiyasından verilən açıqlamada, Minsk tədbirinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, ticarət və energetika üzrə komissarlar – Karel de Qüxt və Gütten Ettingerin də qatılacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm