Qəzzada təhsil ili başlamayacaq
Bizi izləyin

Dünya

Qəzzada təhsil ili başlamayacaq

İsrailin Qəzzaya təşkil etdiyi hücumların davam etməsi səbəbilə təhsil və tədris dövrünə başlanamayacağı bildirildi.

Fələstin Təhsil Nazirliyindən verilən yazılı açıqlamada belə bildirilir: "Nazirlik, hücumlar səbəbilə yeni təhsil və tədris dövrünün Qəzzada irəli bir tarixdə, Qərb Şəriyədə isə başlamasına qərar verib".

Açıqlamada 470 min qəzzalı şagirdin, hücumların tamamilə durmasından sonra təyin olunacaq tarixdə məktəbə başlayacağı deyilib.

Nazirlik daha əvvəl verdiyi bəyanatda hücumlar səbəbilə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Kömək Quruluşunun (UNRWA) məktəblərinə sığınan minlərlə Qəzza ailəsi üçün təhlükəsis başqa yerlər tapmağa çalışdığı bildirmişdi.

Qeyd edək ki, qəzzada 141 məktəb israilin hücumları nəticəsində ciddi zərər görüb, bunlardan 22-i tamamiylə dağıldığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm