Donetskdə ukraynalı qadını döyənlər axtarılır (FOTO)
Bizi izləyin

Dünya

Donetskdə ukraynalı qadını döyənlər axtarılır (FOTO)

Ukrayna Daxili İşlər Nazirliyi Donetskdə Ukrayna simvolikasıyla olan qadını döyən insanları cinayət məsuliyyətinə cəlb etmək niyyətindədir.

Publika.az-ın TSN-ə istinadən məlumatına görə, bu haqda sosial şəbəkədə öz səhifəsində daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko yazıb.

"Donetskdə qadın vətənpərvəri döyən bütün alçaqları və yaramazları biz tapacaq və cəzalandıracağıq. Uyğun olan göstərişlər cinayət axtarışının departamentinə verilib. Bütün laqeyd olmayan vətəndaşlardan Ukrayna vətənpərvərini döyənləri tapmaq üçün kömək etməyi xahiş edirik", – deyə Daxili İşlər Nazirliyinin başçısının məsləhətçisi yazıb.

Anton Qeraşenkonun fikrincə, Ukrayna cəmiyyətinin Donetsk sakinlərinə ukraynalıların nifrətini yaratmaq üçün belə kadrlar şəbəkəyə xüsusi olaraq buraxılır.

"Putin hərbi əsirlərin paradından kadrlarla və Donetskin mərkəzi küçəsində Ukrayna bayraqlarının tapdalanması ilə Ukraynanı müvəffəqiyyətlə bölməyə davam edir", - məsləhətçi vurğulayıb.

"Heç bir cinayət cəzasız qalmamalıdır, çünki cəzasızlıq yeni cinayətləri doğurur. Amma bu halda yalnız cinayət edəni ittiham etmək lazımdır, Donetskin bütün sakinlərinə bu şamil olunmur ", - Anton Qeraşenko qeyd edib.

Həmçinin o, Ukrayna vətənpərvərini döyənlərin kimliyi barədə informasiyası olan bütün şəxsləri köməyə çağırıb.

Qeyd edək ki, Donetskdə terrorçular Ukrayna bayrağıyla qadını sütuna bağlayıb əlində "O bizim uşaqlarımızı öldürür. Cəza verənlərin agenti” yazılı lövhəciyi saxlamağa məcbur ediblər".

Şahidlərin sözlərinə görə, yoldan keçənlər qadını vurur və ona pomidor atıblar.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm