• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Almaniyada "paralel dövlət " qurulub - Böhtan, ya həqiqət?

  • Dünya
  • 3 Fevral 2014 12:58
  • 701 Baxış
Almaniyada "paralel dövlət " qurulub - Böhtan, ya həqiqət?

ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fəthullah Gülən yaratdığı məktəblərlə Almaniyada da “paralel quruluş” meydana gətirır.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

Jurnalın yazdığına görə, Konstitusiyanı Mühafizə Təşkilatı da Gülən hərəkat ilə bağlı Almaniya Daxili İşlər Nazirliyini xəbərdar edib. Gülənin Almaniyadakı məktəb və hazırlıq kurslarından bəhs edilən yazı “İşığın əsgərləri” adlanır. Gülənin Almaniyada yüzlərlə hazırlıq kursu və məktəbinin olduğunu yazan jurnal burada “beyinlərin yuyulduğu” və “şiddətdən istifadə edildiyi”ni qeyd edib.

“Paralel quruluş” xəbərdarlığı

Almaniyada Gülən camaatına yaxın insanların təhsil layihələri ilə bağlı iddiaların artdığına diqqət çəkilən məqalədədə “Der Spiegel”in “Report Mainz” ilə birlikdə araşdırma apardıqları deyilir. Gülən camaatının Almaniyada məktəb və hazırlıq kursları ilə birlikdə “paralel quruluş” yaratmaq istədiklərini yazan jurnal özlərini liberal olaraq tanıdan bu mərkəzlərin əslində bu cür olmadığının “içəri”dən alınan məlumatlardan da göründüyünü qeyd edib.

Daxili İşlər Nazirliyindəki bir mənbəyə görə, Konstitusiyanı Mühafizə Təşkilatı da onları Gülən hərəkatı mövzusunda xəbərdar edib. Xəbərdarlıqda Gülənin din dövlətinə meylli olduğu ifadəsi də yer alıb. “Der Spiegel” yazısında Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Gülən hərəkatını “paralel dövlət” qurmaqda ittiham etdiyi xatırlanır. 1999-cu ildən bu yana ABŞ-da yaşayan Gülənin səkkiz milyon tərəfdarının olduğunu bildirən jurnal onun bir bank, bir sığorta şirkəti, media quruluşları, xəstəxana və 140 ölkədə fəaliyyət göstərən məktəblərə sahib olduğunu yazıb.

“İşıq evləri” quruluşun onurğası

“Der Spiegel”dəki xəbərdə həmçinin “İşıq evləri” adlandırılan tələbə yataqxanalarından da bəhs edilir. Jurnal bu evlərin camaat təşkilatlanmasının onurğasını təşkil etdiyini, yalnız Berlində iyirmidən çox “İşıq evi”nin olduğunu, onların tələbələrə bəzən ödənişsiz verildiyi və bunun qarşılığında onlardan camaat qaydalarına əməl etmək istənildiyi ifadə olunur. Məqalədə alman siyasətçilərin Gülən hərəkatına bu günə qədər tənqidi baxmadıqları, hətta bəzi siyasətçilərin Gülən hərəkatı ilə bağlı bəzi layihələri dəstəkləyən tədbirlərə qatıldığı qeyd olunub.

50 məktəb, 300 “İşıq evi” var

Almaniyada bazar günləri işıq üzü görən “Welt am Sonntag” qəzeti də Gülən hərəkatının Almaniyada güclü bir şəbəkəsinin olduğuna diqqət çəkir. Qəzet Gülən hərəkatının Almaniyada 50 özəl məktəb və 300 “İşıq evi”nin olduğunu qeyd edir. “Welt am Sonntag” da “Der Spiegel” kimi R.T.Ərdoğanın “Dövlət içində dövlət” sözlərinə yer verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR