• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD-in iki milyardlıq ordusunun hərbi gücü – Foto/Siyahı

  • Dünya
  • 28 Avqust 2014 09:15
  • 2 748 Baxış
İŞİD-in iki milyardlıq ordusunun hərbi gücü – Foto/Siyahı

İŞİD ordusu İraq və Suriyaya aid hərbi bazaları ələ keçirərək döyüşlərini daha da şiddətlə davam etdirir.

Axar.az xəbər verir ki, Avropa mediasının verdiyi məlumata görə, 2 milyard dollarlıq sərvəti olduğu iddia edilən İŞİD-in artıq təyyarəsi var.

Suriyanın şimal hissəsində və İraqın üçdə birində - nəzarət etdiyi torpaqlarda xilafət elan edərək “İslam Dövləti” adını alan “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının ələ keçirdiyi müasir silahlar gücünü xeyli artırıb.

Günlərdir davam edən qarşıdurmalardan sonra bazar günü Suriya ordusuna aid Tabka hərbi bazasını tutan İŞİD ordusu “MİQ-21 B” supersonik döyüş təyyarələrinə sahiblənib. İŞİD-in qırıcıları istifadə edəcək pilotlara sahib olmadığı təxmin edilsə də, yaraqlıların birlikdə foto çəkdirdikləri “oyuncaqları" narahatlıq yaradıb.

2 milyard dollarla dünyanın ən zəngin terror təşkilatı sayılan İŞİD Suriya və İraqda ələ keçirdiyi hərbi bazalardan götürdüyü hərbi sursatlarla dünya üçün qarşısıalınmaz təhlükəyə çevrilməkdədilər.

İŞİD-in əldə etdiyi silahların təxmini siyahısı belədir:

“SA-16” raket sistemləri: İŞİD-in Tabkada ələ keçirdiyi ən əhəmiyyətli silahlardır. Çiyindən atılan və daşına bilən atma mexanizmi 4.8 kilometrə qədər raket ata bilir. İŞİD-in əlində “FİM-92 Stinger” sistemləri və eyni tipli “SA-7” da var. Bu raketlərlə vertolyotlar və alçaqdan uçan (sərnişin) təyyarələrin cihadçıların əlində olan ərazilərdən vurulma riski yüksəkdir.

“AİM-9 Sidewinder”raketləri: Reaktivlər tərəfindən istifadə edilən, istiliklə idarə olunan, “Hava-Hava” tipli raket sistemidir. Bu raketlərin qiyməti təxminən 90 min dollardır.

Tank: Mütəxəssislərə görə, İŞİD-in təxminən 30 dənə Sovet istehsalı olan “T-55” və 10 ədəd“T-72” tipli döyüş tankı var.

“Humvee”: Yüksək hərəkət qabiliyyətli çoxməqsədli hərbi texnikadır. Amerikan ordusunun geri çəkilərkən İraq ordusuna verdiyi “Humvee”lər İŞİD-in Mosuldakı hərbi bazaları ələ keçirməsindən sonra İŞİD-a qalıb. İyun ayının sonlarında İŞİD-in bu silahlardan Türkiyə-Suriya sərhədində istifadə etdiyi bildirilmişdi.

“UH-60 Blask Havk” tipli hərbi vertolyotlar: Sikorskinin istehsal etdiyi “Qara şahin” adlandırılan hərbi daşıma və hücum vertolyotudur. İŞİD Mosul hava limanından bu vertolyotla birlikdə hərbi yük təyyarələrini ələ keçirib.

M-79 Osa tank əleyhinə raket qurğuları: İdarə olunan tank əleyhinə raketdir. HJ-8 və AT-4 təyyarəvuranlar kompleksi də yaraqlılar tərəfindən istifadə edilir.

BM-21 Qrad qurğuları: Reaktiv yaylım atəş sistemi. Eyni vaxtda birdən çox raket ata bilir.

Skad ballistik raketi: Maye yanacaqlı ballistik raketdir. İŞİD-in əlində ən az bir dənə olduğu təxmin edilir.

Kimyəvi silahlar: İŞİD İraqda Səddam Hüseyn dövründən qalma kimyəvi silah bazalarını ələ keçirsə də, mütəxəssislərə görə bazalarda olan silahlar təhlükəli deyil.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR