İsraildə ərəb şeyxi öldürüldü
Bizi izləyin

Dünya

İsraildə ərəb şeyxi öldürüldü

İsrailin Tir şəhərində dünən gecə saatlarında atışma baş verib.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, insident şəhərin “ərəb üçbucağı” adlanan yerində baş verib.

Silahlı atışmada iki nəfər yaralanıb. Hadisə yerinə gələn təcili yardım maşını onları xəstəxanaya çatdırıb. Lakin yaralılardan biri yolda keçinib. Polis araşdırması zamanı ölən şəxsin 45 yaşlı şeyx Uva Kaskiya olduğu ortaya çıxıb. Digər yaralı isə şeyxin qardaşı oğludur. Onun həyatını həkimlər xilas ediblər.

Polis istintaqa başlayıb. Hadisənin səbəbləri araşdırılır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm