Dünya
Pakistanda ara qarışdı: 3 ölü, 400 yaralı
Pakistanın paytaxtı İslamabadda polislə etirazçılar
arasında toqquşmalarda 3 adam ölüb, 400 adam xəsarət
alıb.
Avqustun 31-də toqquşmalar davam edib.
Neçə gündür ki, parlament binası ətrafında qərarlaşan on minlərlə
nümayişçi avqustun 30-da parlament binasına doğru yürüşə
başladı.
Qarşıdurmada yaralananlar arasında polislər də var.
Paytaxt polisinin rəisi Khalid Khattak bildirib ki, etirazçılar iri
çəkiclərlə, nizələrlə silahlanıblar, onların hətta qaldırıcı
krandan istifadə ediblər.
Müdafiə naziri Khvaja Mohammad Asif deyib ki, parlament binasının
ətrafını polis nümayişçilərdən azad edə bilib.
Nümayişçilər baş nazir Navaz Sharifin istefasını tələb edir. O, isə
avqustun 30-da istefa verməyəcəyini bəyan edir.
Nümayişçilər Navaz Şərifin iqamətgahına da hücum edib, polis rezin
güllələrlə onların qarşısını alıb.
Pakistanın digər iri şəhərləri olan Lahorda, Kəraçidə də etiraz
nümayişləri gedir.
Pakistanın müxalifət liderləri İmran Xan və Tahir ul-Qadri
milyonlarla insanı etirazlara səsləyirlər. Ancaq nümayişlərə
çıxanlar on minlərlədir.
Azadlıq radiosu
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ