Ukraynadan sonra hədəfdə Qırğızıstandır
Bizi izləyin

Dünya

Ukraynadan sonra hədəfdə Qırğızıstandır

“Qərbin hədəfində olan ölkələr siyahısında Qırğızıstan və Tacikistan da var”.

Bu barədə informasiya Axar.az-a Rusiyanın “Şimal-Cənub” Siyasi Araşdırmalar Mərkəzindən verilib.

Təşkilat bu ölkələrin sosial şəraitinin bərbad vəziyyətdə olduğunu bildirib:

“Rəngli inqilablar”ın texnologiyası ilə bağlılıq nöqteyi-nəzərindən yanaşsaq və situasiyanın Ukrayna ssenarisinə uyğun inkişafına diqqət etsək, növbəti hədəfin Mərkəzi Asiyada yerləşən Qırğızıstan və Tacikistan olduğunu görə bilərik. Ağır sosial şərait bu ölkələrdə ictimai narahatlığa səbəb olur. Daxili destabilizasiya üçün burada terrorizm, radikal islam, ekstremizm istifadə oluna bilər. Bu baxımdan nəzər yetirsək, çox şey ölkələrə yeni imkanlar qazanmaq və iqtisadiyyatlarını modernləşdirmək üçün üzv olacaq Avrasiya İnteqrasiya proyektlərindən asılı olacaq. Əgər Qırğızıstan və Tacikistanın Avrasiya İttifaqı ilə münasibətləri bütün istiqamətlərdə yaxşı olsa, o zaman ölkələrin sosial şəraiti yaxşılaşacaq. Sosial şəraitin yaxşılaşdırılması isə milli təhlükəsizliyin gücləndirilməsi deməkdir. Bu isə ölkənin xarici qüvvələr tərəfindən manipuliyasiyaya uğrayıb məhv olmasının qarşısının alınmasına imkan verəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm