İŞİD başkəsmə videolarını azaldacaq
Bizi izləyin

Dünya

İŞİD başkəsmə videolarını azaldacaq

Terror təşkilatı qətliam və başkəsmə videolarının çəkilməsi və kütləvi informasiya vasitələrinə paylanılmasını azaldacaq.

Publika.az haberler.com-a istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı dünya ictimaiyyətində imicini düzəltmək üçün bir neçə qərar verib. Sentyabr ayının əvvəllərində İŞİD tərəfindən yayımlanan bir qərarda qətliam və başkəsmə görüntülərinin video çəkilməsi və kütləvi informasiya vasitələrinə paylanmasını azaldacağı ortaya çıxıb. “İslam Dövləti Ümumi Şurası” imzası ilə yayımlanan qərara görə dünya ictimaiyyətində sərt reaksiyalara səbəb olan terror aktlarının lentə alınması xüsusi icazə ilə olacaq.

Başkəsmə videoları icazə ilə olacaq

Qərarda “İslam Dövləti Ümumi Şurası xüsusi icazə xaricində başkəsmə hadisələrini çəkmək, rəsmi və qeyri-rəsmi kanallarla sosial şəbəkələrdəki şəxsi səhifələrdə yayımlanması qadağan edilib. Məsələ ilə əlaqədar yol verilən istənilən məsuliyyətsizliklər ciddiyə alınacaq və məsuliyyətsizliyin əvəzi çıxılacaq” deyə qeyd edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm