İsrail və ABŞ-dan təhlükəli raket sınağı
Bizi izləyin

Dünya

İsrail və ABŞ-dan təhlükəli raket sınağı

İsrail Aralıq dənizində ABŞ ilə birlikdə birgə müdafiə məqsədli raket sınaqları həyata keçirib.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Nazirliyindən bildirilib.

“İsrail Raketdən Müdafiə Təşkilatı və ABŞ Raketdən Müdafiə Agentliyi bu gün Aralıq dənizində havada məhvetmə raketi “Arrow 2”ni sınaqdan keçirib”, - açıqlamada deyilir.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, ABŞ-ın İsrailə 1962-ci ildə başladığı hərbi yardımın məbləği 100 milyard dolları keçib. Ötən illərdə İsrailin ABŞ-dan aldığı hərbi yardım orta hesabla illik 3 milyard dollar olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm