Rusiyalı politoloq: “Ukraynaya təzavüz bu məqsədə xidmət edir”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Ukraynaya təzavüz bu məqsədə xidmət edir”

“Rusiyanın iqtisadiyyatı sovet tipi üzrə inkişaf edir və oliqarxların zənginləşməsinə yönəlib”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Postsənaye Cəmiyyətinin Tədqiqatları Mərkəzinin rəhbəri, politoloq Vladislav İnozemsev “Novaya vremya” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, qarşıdan Dövlət Dumasına seçkilər gəldiyi üçün Rusiya prezidenti Vladimir Putin əsas məqsədi əhalinin diqqətini iqtisadi problemlərdən yayındırmaqdır. O, Ukraynaya qarşı təcavüzün də məhz bu məqsədə xidmət etdiyini bildirib.

“Rusiyada uzun müddətdir ki, gizli ictimai müqavilə qüvvədə idi. Hansı ki, əhali siyasətə qarışmır və əhalinin sosial rifah vəziyyəti tədricən yaxşılaşır. İndi isə bu tarazlıq pozulmaqdadır. İqtisadiyyat pis işləyir və insanların rifahı o templə yaxşılaşmır ki, hamı Putindən razı olsun”, - rusiyalı politoloq qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm