Azərbaycanın düşməni necə xar oldu: Rüşvətlə diplomatik piar
Bizi izləyin

Dünya

Azərbaycanın düşməni necə xar oldu: Rüşvətlə diplomatik piar

İyul ayında Vaşinqtonda Azərbaycan hökumətinə qarşı ciddi bəyanatla çıxış edən İsveçin xarici işlər naziri Karl Bildt ölkəsində qalmaqalla üzləşib.

Publika.az-ın verdiyi xəbərə görə, “Aftonbladet” qəzeti xarici işlər nazirini korrupsiyada və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə lobbiçilik etməkdə ittiham edib.

Jurnalistlər iddia edirlər ki, şahid ittihamları sübut edəcək sənədlərə malikdirlər. Bildirilir ki, K.Bildt bağlı PR (ictimaiyyətlə əlaqələr) şirkətləri Avropada Mixail Saakaşvilinin imicinin yüksəldilməsi üçün Gürcüstanın əvvəlki hakimiyyətindən 3 milyon dollardan çox pul alıb. İsveç Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, Bildt Saakaşvilinin piarı ilə məşğul olmayıb, lakin o, eks-prezidentlə daim dostluq əlaqələri saxlayıb.

Xatırladaq ki, “Aftonbladet” qəzeti K.Bild və ona yaxın Sosial-Demokrat Partiyası ilə M.Saakaşvilinin maliyyə əlaqələri haqqında ilk dəfə hələ 2012-ci ildə yazıb. Ancaq həmin vaxt jurnalistlər yalnız müəyyən mənbələrə istinad edib. İndi isə İsveç nəşri araşdırmaların nəticəsini konkret sənədlərlə ortaya qoyub: “Saakaşvili hökumətinin məxfi sənədləri”. Sənədin M.Saakaşvili administrasiyasının keçmiş yüksək vəzifəli məmurlarından biri tərəfindən verildiyi iddia olunur. Məlumata görə, həmin məmur 2008-ci ildəki “beşgünlük müharibə”dən sonra 2008-ci il müxalifətə keçib.

“Aftonbladet” qəzetinin yazdığına görə, 2004-2006-cı illərdə “Kreab” PR agentliyinin direktorlar şurasına başçılıq etmiş K.Bildt Gürcüstanın o vaxtkı prezidenti M.Saakaşvili ilə 3 milyon dollar həcmində müqavilə imzalayıb. Müqavilə “xüsusi layihələr” üçün əlavə olaraq 1 milyon dolların ödənilməsini nəzərdə tuturdu. Sazişin şərtlərinə görə, “Kreab” Gürcüstan hakimiyyətinə Avropa siyasətləri və KİV-lə əlaqələri qaydaya salmaqda kömək etməli idi. “Kreab”in Brüssel bürösunun başçısı Karl İsakson “Aftonbladet” nəşrinə təsdiqləyib ki, o zaman K.Bildt həqiqətən də Gürcüstan rəhbərliyi ilə dostluq əlaqələri saxlayıb.

Gürcüstanın dövlət dəftərxanasının keçmiş müdiri Pyotr Mamradze də informasiyanı təsdiqləyib. “Bu həmin illərdə baş verdi ki, Bildt artıq İsveç baş naziri deyildi və xarici işlər naziri olmadı. Yəni, heç bir postU tutmurdu”, Mamradze bildirib. Onun sözlərinə görə, “Kreab”da cəmi üç-dörd insan, həmçinin Bildtin özü Gürcüstanla məşğul olurdu. “Bütün pul onlar arasında bölünürdü. İndi məni təəccübləndirmir ki, niyə Bildt Saakaşvilinin maraqlarını həvəslə müdafiə edirdi və niyə mənimlə söhbətdə Avropa diplomatları onu “Qərbin ən yaxşı dostu Mişiko” adlandırırdılar”, - keçmiş məmur deyir.

2006-cı ilin oktyabrında K.Bildt İsveç Xarici İşlər Nazirliyinə başçılıq etdi və “Kreab”dan getdi. Ancaq “Aftonbladet”də olan sənədlərdən göründüyü kimi o, gürcü hakimiyyəti ilə müqavilə əsasında hərəkət etməkdə davam edirdi. Qəzetin məlumatına görə, Bildt bir neçə dəfə M.Saakaşviliyə dəstək göstərib. Bu dəstək özünü daha parlaq şəkildə Gürcüstanda 2008-ci ildə keçirilən prezident seçkilərində göründü. Beynəlxalq müşahidəçilərin fikrincə, səsvermə çoxsaylı pozuntularla keçdi. Bu haqda hətta İsveçin Tiflisdəki səfiri Hans Qunnar Aden bildirdi. Ancaq K.Bildt Saakaşvilinin müdafiəsinə qalxdı və “seçkilərin nəticələrinə heç bir şübhə yoxdur” dedi. "Gürcüstan demokratiyanın və iqtisadi islahatlara sədaqətini nümayiş etdirdi", — onda İsveçin Xarici İşlər Nazirliyinin başçısı iddia edirdi. “Aftonbladet”in yazdığı kimi səfir bu “səhv”inə görə vaxtından əvvəl Stokholma geri çağırıldı. Qəzetin hesablamasına görə, Bildt Saakaşvilinin prezidentliyi dövründə Gürcüstana 11 dəfə baş çəkib. Ölkədə hakimiyyət dəyişikliyi və Saakaşviliyə qarşı cinayət ittihamlarının irəli sürülməsindən sonra Bildt “Gürcüs arzusu” iqtidarını Avropa demokratik normalarından geri çəkilməkdə ittiham etdi.

Sabiq prezidentin “Vahid milli hərəkət” partiyasındakı silahdaşları “beşgünlük müharibə” zamanı İsveç xarici işlər nazirinin mövqeyi və Saakaşviliyə dəstəyinin məlum müqavilə və pulla bağlı olması barədə iddiaları rədd edir. “Bütün bunlar Moskvanın informasiya diversiyasıdır”, partiyanın parlamentdəki təmsilçisi David Darçiaşvili bldirib.

Ancaq bu fikirlər “Azad Gürcüstan” partiyasının sədri Kaxa Kukava razı deyil. O, ödənişlər əsasında lobbi fəaliyyətini rüşvətin tipik forması adlandırıb. Partiya sədri əmindir ki, Bildt və Sakaşvilinin münasibətlərinin pulla birbaşa əlaqəsi var.

K.Kukava əlavə edib ki, Saakaşvili eyni müqavilələri Amerika PR agentlikləri ilə bağladı. “Elə bu səbəbdəndir ki, ABŞ-ın bəzi siyasətçiləri indi də sabiq prezidentimizi həvəslə müdafiə edir", - Kukava deyib. O, Gürcüstan Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Qika Bokeriyanın fəaliyyətinin Gürcüstan baş prokurorluq tərəfindən araşdırılmasını xatırladıb. Hansı ki, Q.Bokeriya milyonlarla dollar vəsaitin Amerika lobbi təşkilatlarına ötürməkdə ittiham edilir. Q.Bokeriyanın özü isə iddia edir ki, bu pullar konkret olaraq prezident və ya siyasi partiyalar deyil, Gürcüstanın xeyrinə xərclənib.

İsveçin özündə də Bildtə qarşı irəli sürülən korrupsiyalar ittihamları ciddi siyasi qalmaqalı yaradıb. Bu bazar günü isə ölkədə parlament seçkiləri keçirləcək. İttihamların seçkilərlə bağlı olduğunu istisna etməyənlər də kifayət qədərdir.

Biltdin rəhbəri olduğu Mülayim Koalisiya Partiyası və ona yaxın Sosial-Demokrat Partiyası İsveçin iki ən məşhur siyasi gücüdür. Ötən seçkilərdə iki partiya 30 faiz səs toplayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm