Odessada 3 terrorçu yaxalandı
Bizi izləyin

Dünya

Odessada 3 terrorçu yaxalandı

Ukraynanın antiterror qüvvələri Odessada keçirilən xüsusi əməliyyat nəticəsində 3 terrorçunu zərərsizləşdiriblər. Ölkənin şərqindəki separatçı qüvvələrə bağlılığı olduğu bildirilən terrorçuların şəhərin mərkəzi hissəsində silsilə partlayışlar törətməyə hazırlaşdıqları bəlli olub.

Publika.az-ın UNİAN-a istinadən məlumatına görə, yaxalanan şəxslərin hər üçü Odessa sakinləridir. Onlar vəd olunan 50 min dollar müqaiblində böyük təşvişə səbəb ola biləcək bir neçə terror aksiyası keçirməyə razılaşıblar.

Cinayətkarların etirafına görə, partlayışlar insanların sıx toplaşdığı yerlərdə törədilməli və bir sıra ictimai fəalların qətlinə yönəlməli idi. . Terror aktlarına görə məsuliyyəti terrorçuların mifik təşkilatı olan "Ukrayna Qırmızı Ordusu"nun öz üzərinə götürməsi nəzərdə tutulurdu.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm