Rasmussen: "NATO parçalana bilər"
Bizi izləyin

Dünya

Rasmussen: "NATO parçalana bilər"

Belçikanın paytaxtı Brüsseldə Karnegi Avropa düşəncə dərnəyinin iclasında çıxışı zamanı NATO-nun baş katibi Anders Foq Rasmussen NATO təşkilatının da hazırkı siyasi proseslərə münasibətdə bir bölünmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirib.

Publika.az-ın məlumatına görə, NATO-nun baş katibi Rusiyanın Ukraynaya qarşı törətdiyi təhlükəni İŞİD-in İraqda törətdiyi təhlükə ilə müqayisə edib.

“Təşkilatın özü tolerantlıq və fanatizm, demokratiya və totalitarizm arasında bir geosiyasi bölünmənin astanasındadır. Müttəfiq ölkələrin təhlükəsizliyini risk qarşısında qoyan yeni məsələlər uzun illər boyu davam edə bilər. Azadlıq üçün bir güc mənbəyi olaraq, güclü mövqe nümayiş etdirməliyik” - deyə, Rasmussen vurğulayıb.

Ramusssen İŞİD-ə qarşı hərbi güc tədbiq edilməsinə tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, hazırda ərəb dünyasına qarşı təhlükə olan İŞİD, bir müddət sonra Qərb ölkələrinə qarşı da ciddi təhlükə mənbəyinə çevrilə bilər. Rusiya məsələsinə də toxunan Rasmussen əlavə edib ki, Vladimir Putinin hakimiyyəti altında Rusiya “soyuq müharibə” dövründən bəri Avropada sülhün təminatçısı olan bütün qanunları və öhdəlikləri pozub.

Rasmussen Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirməsini də bu qəbildən tahlükə sayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm