Ali Rada bu gün Donbasın “xüsusi status”unu müzakirə edəcək
Bizi izləyin

Dünya

Ali Rada bu gün Donbasın “xüsusi status”unu müzakirə edəcək

Bu gün Ukrayna Ali Radasında antiterror əməliyyatları zonasında vəziyyət haqqında hesabat dinləniləcək və Donbasın “xüsusi status”u haqqında qanun layihəsinə baxılacaq.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Donbasın “xüsusi status”u haqqında qanun layihəsinə baxılacağı iclas qismən qapalı keçiriləcək.

Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə qapalı keçiriləcək islasda isə antiterror əməliyyatları zonasında vəziyyət haqqında hesabat dinləniləcək.

Xatırladaq ki, Ukrayna prezidenti Poroşenko Donetsk və Luqansk vilayətlərinə “xüsusi status” verilməsini təklif edir. “Xüsusi status” bölgədə rus dilinə dövlət dili statusunun verilməsi, amnistiyanın elan olunması və vilayətlərin ictimai-iqtisadi inkişafına üç il ərzində dəstək verilməsi nəzərdə tutulur.

Sənəddə 9 noyabr 2014-cü ildə növbədənkənar yerli seçkilərin təyin edilməsi tövsiyə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm