Moskvaya növbəti zərbəni Kanada vuracaq
Bizi izləyin

Dünya

Moskvaya növbəti zərbəni Kanada vuracaq

Kanada bu gün Rusiya Federasiyasına qarşı tətbiq etdiyi yeni sanksiyaları elan edəcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəsmi saytında deyilir.

Yeni sanksiyaları yaxın vaxtlarda xarici işlər naziri Con Berd açıqlayacaq.

Xatırladaq ki, Rusiyaya qarşı son sanksiyalar ABŞ və Avropa Birliyi tərəfindən qəbul edilib. Yeni sanksiyalar şirkətlər, banklar və Rusiya iqtisadiyyatının ayrı-ayrı sektorlarına qarşı məhsuslaşdırıcı ölçüləri nəzərdə tutur.

Qərbin sanksiyalarına cavab olaraq isə Rusiya bu ölkələrdən ərzaq mallarının idxalını məhdudlaşdırıb. Bu ölkələr arasında Kanada da var. Qeyd edək ki, Kanada ABŞ və Avropanın bəzi ölkələri ilə birgə Rusiyanın Ukraynaya təcavüzünə sərt reaksiya verən ölkələrdən biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm