Nemtsovdan Krım vədi: “Mən Rusiya prezidenti olsaydım…”
Bizi izləyin

Dünya

Nemtsovdan Krım vədi: “Mən Rusiya prezidenti olsaydım…”

“Əgər mən Rusiya prezidenti olsaydım, Krım Ukraynada qalardı”.

Publika.az-ın Gordonua.com xəbər portalına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna telekanallardan birinin efirində Rusiya müxalifəti liderlərindən olan Boris Nemtsov deyib.

Rusiya müxalifətçisi Ukraynanın nüvə statusunun bərpası barədə səslənən fikirləri də şərh edib: “Moskvanın hərəkətləri Ukraynaya nüvə silahını yaratmağa imkan verir. Budapeşt memorandumu üzrə konsultasiyalardan Rusiyanın imtinası Ukraynaya nüvə statusunu qaytarmaq hüququnu verir. Əgər mən Rusiya prezidenti olsaydım, Krım Ukraynada qalardı. Amma indi vəziyyət çox çətindir, bunu siz də görürsünüz. Krımın qaytarılması üçün krımlılar Ukrayna ilə yaşamağın daha yaxşı olmasını anlamalıdırlar. Bunun üçün isə Ukrayna ən çətin işləri görməli olacaq. Söhbət uzunmüddətli islahatlardan gedir. Mən bilmirəm, siz buna hazırsınız, ya yox, amma bu islahatları keçirməli olacaqsınız”.

Nemtsov vurğulayıb ki, Krımın zəbti və Ukraynanın şərqinə müdaxilə ilə Rusiya öhdəliklərini çox kobud şəkildə pozur: “Putinin hərəkətləri faktiki olaraq nüvə silahının yayılmaması üzrə dünya nizamını dağıdır və Ukraynanın nüvə gücünə çevrilməsinə yol açır. Ukrayna ərazisində atom stansiyaları işləyir, nüvə silahı yaratmaq üçün mühəndislərin və alimlərin bacarıq səviyyəsi kifayət qədərdir. Ukraynalıları hələ ki Birləşmiş Ştatlar və Avropa Birliyi dayandırır. Amma hər şey dəyişə bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm