• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Putin Kiyevi, sonra Baltikyanını tutacaq" - VİDEO

  • Dünya
  • 23 Sentyabr 2014 10:33
  • 504 Baxış
“Putin Kiyevi, sonra Baltikyanını tutacaq" - VİDEO

“ABŞ kəşfiyyatının əldə etdiyi dəqiq məlumatlara əsasən, Kiyev də daxil olmaqla, Putin Ukraynanın böyük bir hissəsini ələ keçirməyə hazırlaşır və onun növbəti hədəfi Baltikyanı ölkələr, həmçinin Qazaxıstandır”.

Axar.az Noviy Region-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında hərbi ekspert Valentin Badrak deyib. Onun sözlərinə görə, işğalçının bu planının qarşısını əsl xalq müharibəsi ala bilər:

“Təsəvvür edin ki, bir dövlət kimi hazırda Ukraynanın mövcud olub-olmayacağı məsələsi gündəmdədir. Amerika kəşfiyyatının məlumatlarına əsasən, Putin Jitomir və Vinniçki vilayətlərinin sərhədlərinə qədər irəliləməyi planlaşdırır. Ukraynanın şərq əraziləri Rusiyanın protektoratına keçə bilər. Hətta bu barədə Konqressə məruzə edilib. Növbəti hədəflər isə Baltikyanı ölkələr və Qazaxıstan olacaq”.

Ekspert vurğulayıb ki, növbəti əraziləri ələ keçirmək üçün hazırda Ukrayna Rusiya üçün bir laboratoriya rolunu oynayır:

“Ukrayna böyük bir laboratoriya rolunu oynayır. Putinin planları burada reallaşarsa, o Baltikyanı ölkələrə keçəcək. Məsələn, həmin ərazilərdəki rusdilli əhali müəyyən təxribatlara sövq ediləcək. Bunun üçün ən münbit şəhər Narvadır. “Novorossiya” Putin üçün bir hədəf deyil, böyük planlarının həyata keçirilməsində Qərbin reaksiyasını öyrənməyə yönəlik bir amildir. Qınaqla üzləşməyəcəksə, Putini saxlamaq mümkün olmayacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR