Rusiya ABŞ-ın Suriyaya hava zərbələrinə sərt reaksiya verdi
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ın Suriyaya hava zərbələrinə sərt reaksiya verdi

ABŞ və onun ərəb partnyorları tərəfindən İŞİD-in Suriyadakı hədəflərinin vurulması Rusiya tərəfindən sərt qarşılanıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi aviazərbələrlə beynəlxalq hüququn pozulduğunu bildirib.

“Rusiya xatırladır ki, belə hərəkətlər beynəlxalq hüquq çərçivəsində həyata keçirilə bilər. Suriyaya endirilən aviazərbələr rəsmi Dəməşqin və ya BMT Təhlükəsizlik Şurasının xüsusi razılığını tələb edir. Şəxsi geosiyasi məsələləri həll etməyə qərar vermək region dövlətinin müstəqilliyini pozur və yalnız gərginliyi artırır”, - Rusiya xarici siyasət idarəsinin bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm