• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Təyyarə ilə terror hücumu ssenarisi” tenderə çıxarıldı

  • Dünya
  • 5 Fevral 2014 17:52
  • 505 Baxış
“Təyyarə ilə terror hücumu ssenarisi” tenderə çıxarıldı

Türkiyədə “Akkuyu” nüvə stansiyası inşa edəcək Rusiyanın "Rosatom" şirkəti dövlət tender agentliyinə maraqlı bir elan verib.Publika.Az –ın Rusiyanın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, tenderdə nüvə stansiyasının təyyarə ilə terror hücumuna məruz qalacağı halda görüləcək işlərlə bağlı planın hazırlanması istənilir.

“Rosatom” 17 Fevral tarixinə qədər işin tamamlanmasını istəyir. Tenderin qalibi isə 25,6 milyon rubl (730 min dollar) alacaq. “Rosatom” 400 ton ağırlığında bir təyyarənin terror hücumu olaraq reaktorlara çarpması və yaxud 90 tondan daha olan sərnişin təyyarənin qəzaya uğrayaraq reaktorun üzərinə düşmə ehtimalı üzərində planın hazırlanmasını istəyir.

Müraciətlərin qəbulu 17 Fevralda başa çatacaq, 4 Mart tarixində isə qalib elan ediləcək. “Rosatom” daha əvvəl Bolqarıstanda “Belene” nüvə stansiyasının tikintisi zamanı da bənzər bir ssenarinin hazırlanması ilə bağlı tender elan etmişdi.Rusiya baş naziri Dmitri Medvedev 2012-ci ildə Türkiyədə inşa olunacaq nüvə stansiyanın bənzəri olan “Novovoronej” nüvə stansiyasını araşdırmış, “Rosatom”un başçısı Sergey Kriyenkodan məlumat almışdı. Kriyenko “Akkuyu” nüvə stansiyasının üzərinə 400 ton ağırlığında bir təyyarənin düşəcəyi halda belə stansiyanın zərər görməyəcəyini söyləmişdi.

"Akkuyu" nüvə stansiyasının inşası üzrə işlərə bu il başlanılacaq. BBEP-1200 tipli reaktorlara malik dörd enerji blokunun daxul olduğu stansiyanın inşası haqqında saziş 2010-cu ilin mayında imzalanıb.Stansiyanın hər blokunun gücü 1200 meqavatt, ümumi gücü 4800 meqavatt təşkil edəcək. Blokların bir illik fasilə ilə artıcıl olaraq istismara veriləcəyi bildirilir. Stansiyanın 2020-2023-cü illərdə istismara verilməsi planlaşdırılır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR