Putindən sonra Lavrov da bu ifadəni işlətdi
Bizi izləyin

Dünya

Putindən sonra Lavrov da bu ifadəni işlətdi

Rusiyanın Xarici İşlər Nazirliyi Ukraynanın cənub-şərqini ilk dəfə rəsmən “Novorossiya” olaraq tanıyıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ilk dəfə rəsmi səviyyədə Donetsk və Luqansk vilayətlərinin separatçılar tərəfindən işğal edilən ərazisi üçün “Novorossiya” terminindən istifadə edib.

Rusiyanın baş diplomatı ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündə “Kiyev hakimiyyəti və Novorossiya rəhbərliyi arasında dialoqun qaydaya salınmasının” müzakirə edildiyini bildirib.”Ukraynalılar Minskdə bir neçə dəfə “Novorossiya nümayəndələri ilə görüşdülər. Onlar orada iki sənəd imzaladılar. ATƏT və Rusiyanın nümayəndələri isə bu dialoqu qaydaya salmağa kömək edirdilər", - deyə Rusiya xarici işlər naziri bildirib.

Bundan əvvəl isə Rusiya prezidenti bir neçə dəfə "Novorossiya" sözündən istifadə edib. Bu, Rusiya Federasiyası qoşunlarının Ukraynaya müdaxiləsindən sonra baş verdi. V.Putin prezidentin rəsmi saytında “Novorossiyanın özünümüdafiə qüvvələrinə” müraciət edərək Ukrayna hərbçilərini mühasirədən çıxarmağa çağırıb.

Rusiya prezidenti bu ifadəni daha sonra Tacikistan səfərindən işlədib. Burada kilsələrdən birinə girən Putin jurnalistlərin “Cənab prezident, siz bu şamı kimin üçün yandırdınız?” - sualına cavabında dövlət başçısı “bu dualar Novorossiyanın müdafiəsi uğrunda canlarından keçən şəxslərin əziz xatirəsinədir” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm