Peskov: “Rusiya parça-parça olacaqdı”
Bizi izləyin

Dünya

Peskov: “Rusiya parça-parça olacaqdı”

“Həmin vaxt Rusiya üçün çətin və eyni zamanda uğurlu il oldu. Putinin hakimiyyətə gəldiyi zaman Rusiya parça-parça olmaq vəziyyətində idi”.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov türk iş adamları ilə keçirdiyi görüş zamanı deyib.

“Xarici borclar, separatizm, Qafqazdakı müharibə Rusiyanı çox zəiflətmişdi. Əslində iqtidar da yox idi. Hakimiyyət oliqarxların əlində idi. Ordu çox zəifləmişdi. Ölkənin beynəlxalq mövqeyi çox zəif idi. Amma Putin mərhələli şəkildə fəaliyyətə başladı. Rusiyanı dirçəltdi və rusların vətənlə qürur duyacaq bir ölkəyə çevirdi”, - Peskov bildirib.

Peskov çıxışında ABŞ-a da söz atmağı yaddan çıxarmayıb:

“İndiki beynəlxalq vəziyyət təkcə Rusiya üçün deyil, həm də dünya üçün çətindir. Birqütblü sistem beynəlxalq hüquq və münasibətlərdə hamımızı çətin vəziyyətdə qoydu. Dünyada bir millət “bütün millətlərin taleyini mən yazacam” dedi. “BMT, ATƏT mənim üçün heç nədir” deyən millət. Öz düşüncəsinə görə, dünyanı tikməyə başladı. Amma bu tikişləri saxlamadı. Ölkələrə də xeyir gətirmədi. Əksinə, bəzi ölkələrin yox olmasına səbəb oldu. Hansı ölkələri demək istədiyimi bilirsiniz. Beynəlxalq münasibətlər də iflas etdi. Çoxqütblü dünyanın yenidən formalaşması lazımdır. Hamımız yeni bir dünya yaratmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm