Kreml ideoloqu: “Saray çevrilişi və Putinin qətlini istisna etmək olmaz”
Bizi izləyin

Dünya

Kreml ideoloqu: “Saray çevrilişi və Putinin qətlini istisna etmək olmaz”

“Novorossiya” zolağının yaradılması Putinin devrilməsi və Rusiya Maydanının yaradılması üçün ən əhəmiyyətli əsas yaradacaq”.

Publika.az-ın kavkazcenter.com saytına istinadən verdiyi xəbərə görə, bu sözləri “facebook” səhifəsində Donbas hövzəsindəki rusmeyilli separatçıların əsas ideoloqu, “Beynəlxalq Avrasiya Hərəkatı”nın başçısı Aleksandr Duqin yazıb.

Onun sözlərinə görə, bu, Putinin devrilməsi üçün ABŞ-da hazırlanmış ssenariyə bənzəyir:

1.“Novorossiya” zolağı “Putin imperializmini dayandırmaq üçün” Qərb birliyini möhkəmləndirir və Krımın qaytarılması barədə məsələni qoyur;

2. Donbas hövzəsinin inqilabçı liderlərinin Rusiyaya qarşı qəzəbi, Moskvanın xəyanətindən məyusluğu yaranır.

3.Rusiyanın özündə vətənpərvərlərin təqibləri onları müxalifət düşərgəsinə itələyir. Hansı ki, bu, onlara hava və su kimi lazımdır. Liberal müxalifətin etiraz hərəkatını təhlükəli etmək üçün rus əksəriyyətinə ehtiyacı var.

A.Duqin hesab edir ki, Rusiya cəmiyyətində Putinlə bağlı məyusluq artır: “Heç kəs artıq “hiyləgər plan" və ya digər cəfəngiyatları təkrarlamağa cürət etmir”.

“Beynəlxalq Avrasiya Hərəkatı”nın başçısı həmçinin hesab edir ki, “saray çevrilişini və Putinin qətlini” istisna etmək olmaz. A.Duqin “rus dünyası” vətənpərvərlərinə məsləhət görür ki, Putinin bütün düşmənlərinə qarşı durmaq üçün yeni vətənpərvərlik gücü formalaşdırmaq lazımdır. “Novorossiya üçün, Rusiya üçün, böyük Avrasiya İttifaqı üçün bunu etməliyik”, - deyə Kremlin ideoloqu yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm