İŞİD xeyli canlı qüvvə itiririb
Bizi izləyin

Dünya

İŞİD xeyli canlı qüvvə itiririb

ABŞ daxil olmaqla koalisiya qüvvələri şənbə günü İŞİD terror təşkilatının mövqelərinə bir neçə zərbə endiriblər.

Publika.az xəbər verir ki, bombardmanlar nəticəsində 35 terrorçu məhv edilib.

Hava hücumlarını əsasən ABŞ, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təyyarələri həyata keçiriblər. Eyni zamanda əməlyyatlarda pilotsuz təyyarələrdən də istifadə olunub.

Hava hücumları əsasən terrorçuların mühasirəsində olan Kobanidə həyata keçirilib. İŞİD-in üç artilleriya mövqeləri və bir neçə hərbi texnikası sıradan çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm