Putin və Poroşenkonun görüşü başladı
Bizi izləyin

Dünya

Putin və Poroşenkonun görüşü başladı

Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Avropa liderlərinin görüşü başlayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko “Twitter” səhifəsində “çoxtərəfli formatda danışıqlar başlandı" yazıb.

“Donbas hövzəsində sülh üçün mübarizə davam edir", - deyə Poroşenkonun mətbua katibi əlavə edib.

Görüşdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi, Böyük Britaniyanın baş naziri Devid Kameron, Avropa Şurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iştirak edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm