“Kobani - ictimaiyyətlə əlaqələr kampaniyasıdır” - Foto
Bizi izləyin

Dünya

“Kobani - ictimaiyyətlə əlaqələr kampaniyasıdır” - Foto

“ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Kobanidə təşkil etdiyi hava hücumları ictimaiyyətlə əlaqələr kampaniyasıdır”.

Axar.az xəbər verir ki, bu ifadələri Baş nazir Əhməd Davudoğlunun sözçüsü Cəmallədin Haşimi İngiltərənin “Deyli Teleqraf” (Daily Telegraph) qəzetinə gündəmlə bağlı verdiyi açıqlamasında işlədib.

Haşimi bildirib ki, biz Kobanidə olanlarla əlqədar çox narahatıq, ancaq terrora qarşı aparılan bu mübarizə ictimaiyyətlə əlaqədar kampaniyasına çevrilib:

“Bir neçə bomba atmaq kifayət etmir. Əgər Suriyanın gələcəyinə dair siyasi perspektiviniz yoxdursa, onda bu hava hücumları yetməz və Kobani bu şəkildə hücuma məruz qalan son qəsəbə olmaz”.

Xatırladaq ki, nazir sözcüsü Qərb və ABŞ-ın terror təşkilatı kimi tanıdığı PKK-nın Suriya qolu olan YPG-yə güvənməsini tənqid edərək bir terror təşkilatına arxalanmağı inanılmaz sayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm