İŞİD-in Kobanidə ən böyük səhvi
Bizi izləyin

Dünya

İŞİD-in Kobanidə ən böyük səhvi

İngilis müharibə analitiklərinə görə, İŞİD Kobanidə “çox pis ilişib”.

Publika.az “xəbər7”yə istinadən xəbər verir ki, ingiltərəli müharibə analitikləri İŞİD-in (İraq Şam İslam Dövləti) Kobanidə hava bombardmanına məruz qala-qala kürd qüvvələrlə küçə döyüşləri aparmasının böyük bir strateji xəta olduğunu deyib.

Kobanidəki müharibənin İŞİD-in məhvi ilə nəticələnəcəyini bildirən Krallıq Birləşmiş Xidmət İnstitutu mütəxəssislərindən Cast Bronk deyib: “İŞİD Kobanidə dörd həftədir ki, koalisiya qüvvələri tərəfindən vurulur. Buna görə Kobaninin içərisinə - mərkəzə tərəf qaçmağa çalışır və bu bölgədə də kürd qüvvələri ilə küçə müharibəsinə girir.

Əməlli-başlı çıxılmaz vəziyyətdə qaldıqları həqiqətdir. Çünki Kobani Türkiyə sərhədinin cənubunda yerləşən bir bölgədir. Eyni zamanda, ətrafı böyük səhralıqlarla əhatələnib. İŞİD yaraqlıları kürd döyüşlərinə görə heç yerə qaça bilmir. Buna görə qəsəbələrin içərisinə girərək döyüşməyə məcburdur. Məncə, Kobanini mühasirəyə almaq İŞİD üçün ən böyük və strateji bir səhv idi”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm