Ukraynanın "qara siyahı"sı bəyənildi
Bizi izləyin

Dünya

Ukraynanın "qara siyahı"sı bəyənildi

Ukraynanın Nazirlər Kabineti 14 xarici mədəniyyət xadiminin daxil edildiyini “qara siyahı”nı bəyənib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna mədəniyyət naziri Yevgeni Nişuk bildirib.

“Qara siyahı”ya daxil edilən xarici ölkə vətəndaşları “antiukrayna mövqeyi”nə görə “arzuolunmaz şəxs” elan olunublar. Lakin Ukrayna mədəniyyət naziri beynəlxalq normalar görə bu siyahının açıqlanmayacağını deyib.

O, misal olaraq göstərib ki, ABŞ-a “qara siyahı”ya daxil edilən şəxslər bundan yalnız ABŞ sərhədini keçən zaman xəbər tuturlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm