Suriyadan Türkiyəyə ittiham – müstəqilliyimizi tanımırlar
Bizi izləyin

Dünya

Suriyadan Türkiyəyə ittiham – müstəqilliyimizi tanımırlar

Suriya rejimi Azad Suriya Ordusu yaraqlılarının və peşmərgənin Kobaniyə keçməsiylə bağlı bəyanat verib.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, rəsmi Dəməşq Türkiyəni Suriyanın ərazi bütövlüyünü pozmaqda ittiham edib: “Türkiyənin xarici döyüşçülərin öz ərazisindən Suriyaya keçməsinə icazə verməsi, Suriyanın müstəqilliyini tanımaması demək anlamına gəlir”.

Xatırladaq ki, İraq Kürd Regional Rəhbərliyi (İKRR) tərəfindən PKK terror təşkilatının Suriya qolu olan YPG-yə dəstək məqsədi ilə Kobaniyə göndərilən peşmərgə qrupu dünən axşam saatlarında Şanlıurfaya çatıb. Qrup səhərəyaxın Kobaniyə girib.

Qeyd edək ki, ASO-nun komandirlərindən olan Abdulcabbar Əl-Akidi dünən verdiyi açıqlamada YPG ilə əməkdaşlıq etdiklərini və 200 ASO yaraqlısı ilə birgə dünən səhər Kobaniyə girdiklərini deyib. Akidi “Hürriyət”ə açıqlamasında özünün də Kobanidə olduğunu bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm