• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İŞİD Misirə də ayaq basdı

  • Dünya
  • 4 Noyabr 2014 11:10
  • 614 Baxış
İŞİD Misirə də ayaq basdı

Misir ərazisindəki ən təhlükəli terror qruplaşması İŞİD terror təşkilatına qoşulub.

Publika.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Ənsar Beyt əl-Makdis” (“Qüds partizanları”) qruplaşması İŞİD-ə biət edib.

“Ənsar Beyt əl-Makdis” qruplaşmasının daha əvvəllər də İŞİD-ə dəstək verdiyi barədə iddialar irəli sürülürdü. Hazırda qruplaşma İŞİD-ə sədaqət andı içməklə bu iddiaları təsdiqləmiş oldu.

“Ənsar Beyt əl-Makdis” oktyabrın əvvəlində casusluqda ittiham edilən dörd nəfərin edam olunması ilə bağlı görüntüləri internetdə yerləşdirib. Onların avqustun əvvəlində aşkarlanan “İsrailin agentləri" olduğu deyilirdi.

Misir mediası həmçinin “Ənsar Beyt əl-Makdis” qruplaşmasının öz fəaliyyətini ötən ilin yayında prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra gücləndirdiyini yazır. Qruplaşma hazırda Misirin ən təhlükəli silahlı qruplaşması hesab olunur. Bu ilin sentyabrın sonunda Misir mediası yerli xüsusi xidmət orqanlarının İŞİD-lə bağlı olan bir terror şəbəkəsini zərərsizləşdirdiyini yazıb. Daha sonra isə İŞİD üçün döyüşçülər cəlb edən ekstremist qruplaşmanın Qahirə yaxınlıqda zərərsizləşdirildiyi xəbərləri yayıldı. Bu ayın əvvəlində isə Misir xüsusi xidmət orqanları bəyan edib ki, İŞİD-lə bağlı terror qruplaşması aşkarlanıb. Amma qruplaşmanın adı açıqlanmayıb.

Qeyd edək ki, Qahirənin təxirəsalınmaz işlər üzrə məhkəməsi bu ilin aprel ayında “Ənsar Beyt əl-Makdis” qruplaşmasını terrorçu təşkilatların siyahısına daxil edib. İstintaq məlumatlarına görə, keçən il iyul ayında prezident Məhəmməd Mürsi hakimiyyətdən kənarlaşdırılandan sonra ölkədə törədilmiş terror aktlarının əksəriyyətində bu terror şəbəkəsinin əli olub.

Daha əvvəl isə Mərkəzi Asiyadan olan döyüşçülər, o cümlədən özbək döyüşçülərin yer aldığı “Katibat al-İmam Buxari” qruplaşması İŞİD-ə sədaqət andıI içiblər.

Oktyabr ayında həmçinin “Tehrik-e-Taliban Pakistan” (TTP) təşkilatının altı əhəmiyyətli üzvü İŞİD terror təşkilatına bağlılığını açıqlayıb. Təşkilatın sözçüsü Şahidullah Şahid yazılı açıqlamasında özü və təşkilatın beş əhəmiyyətli komandirinin İŞİD lideri Əbubəkr əl-Bağdadiyə bağlı olduğunu bildirib.

Açıqlamada “Müsəlmanların xəlifəsi Əbubəkr Əl-Bağdadiyə biət edirəm və əmrlərinə itaət edəcəyəm” deyilir.

Təşkilatın əhəmiyyətli adlarının İŞİD-ə biət etməsi ilə bağlı açıqlamasına baxmayaraq, İŞİD-ə dəstəyini açıqlayan “Tehrik-e-Taliban Pakistan”ın lideri Molla Fazlullahın əl-Bağdadiyə biət etmədiyi bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR