İŞİD-ə ağır zərbə: Neft istehsalında istifadə olunan cihazlar məhv edildi
Bizi izləyin

Dünya

İŞİD-ə ağır zərbə: Neft istehsalında istifadə olunan cihazlar məhv edildi

ABŞ və digər koalisiya qüvvələri Suriya və İraqda İŞİD-ə qarşı 14 hava hücumu həyata keçirib.

Amerika Mərkəz Qüvvələr Komandanlığından verilən məlumata görə, Suriyada terrorçulara qarşı ABŞ təyyarərləri tərəfindən 4, İraqda isə digər koalisiya qüvvələri 10 hava hücumu həyata keçiriblər. Hücumlar zamanı reaktiv təyyarələrlə bərabər pilotsuzlardan da istifadə olunub.

Məlumata görə, Suriyada Kobani ətrafında həyata keçirilən hücumlarda İŞİD-in döyüş mövqeləri və hərbi texnikası məhv edilib. Sincar bölgəsində minaatnları sıradan çıxarılıb.

İraqın Mosul şəhəri yaxınlığında isə İŞİD-in neft istehsalında və partlayıcı hazırlamaq üçün istifadə etdikləri cihazların yerləşdirildiyi bina dağıdılıb. O cümlədən, Beyci, Fəllucə, Ramadi yaxınlığında terrorçuların döyüş mövqeləri və texnikaları hücuma məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm