Dünya
Ukraynada 4 min Rusiya hərbçisi yerləşdirilib
Ukraynada hazırda təxminən dörd min Rusiya hərbçisi qeyri-leqal statusdadır.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Əsgər Anaları İttifaqının məsul katibi Valentina Melnikov bildirib.
“Mən hesab edirəm ki, hazırda Ukraynada təxminən 4 min Rusiya hərbçisi qanunsuz yerləşdirilib. Amma hərbi qulluqçuların özləri bunun qanunsuz olduğunu bilmirlər. Hətta onların qohumları ümumiyyətlə heç nə bilmirlər", - o, vurğulayıb.
V.Melnikovun sözlərinə görə, əsgərlərin qohumları yalnız avqustun əvvəllərində Rusiya hərbçilərinin Donbas hövzəsində ölməsindən sonra narahat olmağa başladılar.
Onun sözlərinə görə, Rusiya ordusunun Donbas hövzəsində ən böyük itkiləri avqust ayında qeydə alınıb.
Ukraynalı ekspertlər isə Rusiyanın Donbas hövzəsindəki hərbçilərinin sayının daha çox olduğunu bildirirlər. Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri 4 gün əvvəl Donbas hövzəsində 15 min Rusiya muzdlusu və 12 min yerli döyüşçüdən ibarət 4 zərbə qruplaşması formalaşdırıldığı barədə xəbər verib.
Ömər Dağlı
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...