Əsəd: “Hədəfim nəyin bahasına olursa olsun…”
Bizi izləyin

Dünya

Əsəd: “Hədəfim nəyin bahasına olursa olsun…”

“Hava zərbələri terrorizmə son qoymaq iqtidarında deyil. Onların öhdəsindən ən yaxşı halda quru qoşunları gələ bilər”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd “Paris Match”a müsahibəsində deyib.

O, beynəlxalq koalisiya gücləri tərəfindən “İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinin bombalamasını effektsiz adlandırıb.

Suriya prezidenti həmçinin qeyd edib ki, onun hədəfi nəyin bahasına olursa-olsun prezident postunun saxlanması deyil, ölkənin qurtuluşudur. “Kapitan nə ölüm, nə də həyatı haqqında düşünür. O, öz gəmisini xilas etmək barədə düşünür. Əgər onun gəmisi qəzaya uğrayarsa, oradakı hamı məhv olur”, - B.Əsəd bildirib.

Qeyd edək ki, 4 ildi Suriyada vətəndaş müharibəsi davam edir. Əsəd rejimi İŞİD və Azad Suriya Ordusuna qarşı vuruşur. Eyni zamanda bu iki təşkilat da bir-biri ilə müharibə aparır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm