23 yaşlı qız axund qardaşından hamilə qaldı - ŞOK
Bizi izləyin

Dünya

23 yaşlı qız axund qardaşından hamilə qaldı - ŞOK

29 yaşlı molla A.B. qardaşı, 27 yaşlı M.B. ilə birlikdə bacıları 23 yaşlı H.B.-yə təcavüz etməkdə ittiham olunur.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ərzurumda baş verib.

Qeyd edək ki, məhkəmənin qərarı ilə ağır cinayətdə şübhəli bilinən qardaşlar həbssiz mühakimə olunurlar. Molla olan A.B. sözügedən olaydan sonra işdən kənarlaşdırılıb. Bundan başqa, məhkəmə təcavüzə məruz qaldığını iddia edən H.B.-nin ruhi sağlamlıq durumunun yenidən yoxlanılması haqqında qərar verib.

Bildirilir ki, H.B. ötən ilin noyabr ayında polisə müraciət edərək özündən yaşca böyük iki qardaşı tərəfindən zorlandığını deyib. Anası İ.B.-nin və atası A.B-nin vəfat etdiyini qeyd edən 23 yaşlı qız Qarsda imamlıq edən qardaşı A.B.-dən hamilə qaldığını, bundan sonra Ankarada "abort" olunduğunu iddia edib. Onun şikayəti əsasında qardaşları 11 noyabr 2013-cü il tarixdə həbs olunublar. 2-ci Ağır Cəza Məhkəməsində onların 18 ilədək həbs cəzası almaları ilə bağlı iddia qaldırılıb. Bu işlə bağlı məhkəmə prosesi ərəfəsində 7 ay həbsdə qalan qardaşlar iyun ayında azad olunublar. Beləliklə, 7 ay həbsdə qalması və ağır cinayətdə ittiham olunması səbəbi ilə 29 yaşlı molla A.B. Diyanət İşləri Bakanlığı tərəfindən başlanılmış istintaq gedişində tutduğu vəzifədən kənarlaşdırılıb.

Dünən 2-ci Ağır Cəza Məhkəməsində baş tutmuş məhkəmə prosesi zamanı H.B. haqqında Ədli Tibb Təşkilatı tərəfindən verilən hesabatın nəticəsi açıqlanıb. 6-cı Ədli Tibb İxtisas Heyəti tərəfindən məhkəməyə göndərilən hesabatda H.B.-nin ruhi cəhətdən özünü müdafiə etməyə mane ola biləcək dərəcədə hər hansı xəstəliyinin və ya əqli çatışmazlığının olmadığı vurğulanıb.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm