Çin dünyanın “bir nömrəli” iqtisadiyyatına çevrildi
Bizi izləyin

Dünya

Çin dünyanın “bir nömrəli” iqtisadiyyatına çevrildi

ABŞ ötən onilliklər ərzində ilk dəfə dünyanın ən böyük iqtisadiyyatı statusunu itirib.

Publika.az-ın “FoxNewsso” nəşrinə istinadən verdiyi məlumata görə, Çin bu statusu ABŞ-ın əlindən alıb.

Beynəlxalq Valyuta Fondunun hesabatına görə, Çində 2014-cü ildə milli iqtisadi istehsalın həcmi 17,6 trilyon dollar təşkil edib. ABŞ-da isə bu rəqəm 17,4 trilyon dollar olub.

14 il əvvəl ABŞ müvafiq göstəricidə Çini üç dəfə qabaqlayırdı. Hazırda isə ümumdünya iqtisadiyyatının 16,5 faizi Çinin, 16,3 faizi isə ABŞ-ın payına düşür.

Nəşr qeyd edir ki, Şanxayda San-Fransisko ilə müqayisədə köynək daha ucuzdur. Bu halda isə Çin vətəndaşının orta amerikalı ilə müqayisədə olduqca az qazandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm