• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

İŞİD-in hərbi təlimindən son görüntülər – VİDEO

  • Dünya
  • 8 Dekabr 2014 14:22
  • 1 031 Baxış
İŞİD-in hərbi təlimindən son görüntülər – VİDEO

İŞİD terror qruplaşması hərbi təlimləri ilə bağlı yeni görüntüləri yayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, görüntülər İraqın Fəllucə şəhərində açılan “Əbu Hamza Əl-Mühacir” düşərgəsindəndir.

İŞİD üzvlərinin təlimi üç mərhələdən ibarətdir.

Qeyd edək ki, radikal qruplaşmaların İraq və Suriyada yeni əsgərlər üçün 2012-ci ildən ən azı 46 hərbi təlim düşərgəsi və baza qurduğu bildirilir. “The Long War Journal”ında dərc edilmiş tədqiqatda deyilir ki, sosial şəbəkələrdə terrorçular tərəfindən dərc edilən videoçarxlar, həmçinin ABŞ Müdafiə Nazirliyinin hərbi əməliyyatlarla bağlı press-relizlərinin analizi nəticəsində İraqda 34 təlim bazası, Suriyada 12 düşərgənin yerini təyin edilib.

Nəşrin məlumatına görə, adıçəkilən ölkələrin ərazisində son ay ərzində dörd yeni təlim düşərgəsi qurulub. Onlardan üçünün İŞİD terror təşkilatına məxsus olduğu bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR