Putin “Donbas ssenarisi”ndə geri çəkilir – Şok iddia
Bizi izləyin

Dünya

Putin “Donbas ssenarisi”ndə geri çəkilir – Şok iddia

Rusiya Ukraynanın şərqindəki Donetsk və Luqansk “xalq respublikaları”nı Ukraynaya geri “itələmək” istəyir.

Publika.az-in “Novaya qazeta”ya istinadən verdiyi məlumata görə, bu işlə Rusiya prezidentinin köməkçisi, MDB, Abxaziya və Cənubi Osetiya ilə ictimai-iqtisadi əməkdaşlıq üzrə idarəyə nəzarət edən “boz kardinal” Vladislav Surkov şəxsən məşğul olur. V.Surkova bu işdə sözügedən idarənin rəis müavini İqor Udoviçenko kömək edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla “Vnukovo-2” hava limanında ötən həftənin şənbə günü keçirdiyi görüşdə də buna eyham vurub. Putin bildirib ki, Ukraynanın şərqində atəşin dayandırılmasını dəstəkləyir və qonşu ölkənin ərazi bütövlüyünə hörmət edir.

“Donetsk Xalq Respublikası”nın sabiq "müdafiə naziri”, Kiyevin qatı əleyhdarı İqor Qirkinin bir müddət əvvəl verdiyi açıqlaması da Moskvanın Ukrayna siyasətində yumşalmanın olduğunu göstərir. O, "vəzifə”sindən məhz Putinin köməkçisi V.Surkov tərəfindən kənarlaşdırıldığını bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm