Uşağa işgəncə verən dayə həbs edilib - FOTO
Bizi izləyin

Dünya

Uşağa işgəncə verən dayə həbs edilib - FOTO

Uqandada uşağa işgəncə verən dayə hakim qarşısına çıxarılıb.

Publika.az-ın məlumatına görə, dayə əvvəlcə günahını inkar etsə də, videonu gördükdən sonra hər şeyi etiraf edib. 22 yaşlı Colli Tumuhirve Uqanda məhkəməsi tərəfindən 18 aylıq qız uşağına işgəncə verməkdə təqsirli bilinib. Colli məhkəmə, valideynlər və uqandalılardan üzr istəyərək onu bağışlamalarını xahiş edib. Uqanda qanunvericiliyinə görə, ona 15 illik həbs cəzası, və ya 400 dollar məbləğində cərimə, yaxud da bu cəzaların hər ikisi kəsilə bilər. Məhkəmə son qərarı vermək üçün iclasda 2 günlük fasilə elan edib.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə qaradərili bir dayənin körpə uşağa amansızcasına işgəncə verdiyini əks etdirən görüntülər yayılmışdı. Videoda dayə yemək yeməkdən imtina edən uşağın qarnına və baş nahiyəsinə ayağı ilə güclü zərbələr endirir, sonra onun üzərinə çıxır. Qızın atası gizli çəkiliş apardıqdan sonra hadisə barədə polisə xəbər verib. Gizli kamera ilə çəkilmiş video sosial mediada minlərlə uqandalı istifadəçinin marağına səbəb olaraq onlarda dayəyə qarşı qəzəb hissi oyadıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm