Serial üçün soyğun səhnəsi çəkilən qızıl mağazası qarət olundu
Bizi izləyin

Dünya

Serial üçün soyğun səhnəsi çəkilən qızıl mağazası qarət olundu

Bu gün səhər saatlarında silahlı və maskalı 4 nəfər şəxs qızıl dükanını qarət ediblər.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, soyğunçular İstanbul şəhəri Vəlibaba məhəlləsi Yakacıq küçəsində yerləşən qızıl dükanını qarət edərkən ortalığı döyüş meydanına çeviriblər.

Bildirilir ki, onlar külli miqdarda qızıl-zinət əşyasını oğurladıqdan sonra hadisə yenirdən uzaqlaşıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qarətçilər qızıl dükanının önünə nömrə yerində «Xoşbəxtik» sözü yazılmış ağ rəngli avtomobillə gəliblər: «Avtomobilin nömrəsini görmək mümkün deyildi. Çünki nömrə yerində «Xoşbəxtik» yazılmışdı. Maşından çıxan silahlı və maskalı 4 nəfər dükanda çalışan şəxslərin, eləcə də ətrafdakı insanların onlara mane olmaması, insanları qorxutmaq üçün pnevmatik tüfənglərlə atəş açmağa başladılar. Bu vaxt ortalıq döyüş meydanına bənzəyirdi. Lakin xoşbəxtçilikdən yaralanan olmadı. Bu formada qızıl dükanına basqın edən oğrular özləri ilə birlikdə gətirdikləri torbalara doldura biləcəkləri qədər qızıl-zinət əşyası yığdılar və sonra hadisə yerindən uzaqlaşdılar».

O da qeyd olunur ki, soyğun zamanı dükan sahibi öz silahı ilə qarətçilərə qarşılıq vermək istəsə də, o, maskalı şəxslərin açdığı atəş nəticəsində yaralandığı üçün bunu edə bilməyib.

Soyğunçuların gəldikləri avtomobillə hadisə yerindən qaçma anı şahidlərdən biri tərəfindən mobil telefonla videoya çəkilib. Həmin videoda dükanda çalışanların və ətrafdakı insanların təlaşdan qaçmaları, həmçinin qadınlardan birinin «avtomobilin nömrəsini alın», deyə səslənməsi öz əksini tapıb.

Maraqlı məqam ondadır ki, iki il öncə məhz həmin qızıl dükanında Türkiyənin məşhur seriallarından olan «Akasya durağı» üçün bir soyğun səhnəsi çəkilib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm