Separatçılar Rusiya xüsusi təyinatlı qrupunu məhv edib
Bizi izləyin

Dünya

Separatçılar Rusiya xüsusi təyinatlı qrupunu məhv edib

“Terrorçular Donetsk şəhəri ətrafında Rusiya Federasiyasının xüsusi təyinatlı dəstəsini atəşə tutub”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri “İnformasiya müqaviməti” qrupuna istinad edərək “Facebook” səhifəsində yazıb.

Hərbi ekspert qeyd edib ki, yerli döyüşçülərin minaatan bölüyü Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarının "Rosiç” xüsusi təyinatlı dəstəsinin 7-ci qrupuna atəş açıb.

“Rusiya xüsusi təyinatlıların arasında itkilər var. İlkin məlumatlara görə, qrupun komandiri məhv edilib”, - D.Tımçuk yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm