HƏMAS-dan xəbərdarlıq: “Odla oynayırlar”
Bizi izləyin

Dünya

HƏMAS-dan xəbərdarlıq: “Odla oynayırlar”

Fələstinin HƏMAS təşkilatının hərbi qanadı “İzzəddin əl-Qəssam” briqadası İsrailə sərt mesaj göndərib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, briqada İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir üzvünün öldüyünü açıqlayıb.

“İzzəddin əl-Qəssam”dan verilən yazılı açıqlamada hadisə "atəşkəsi pozmaq və bütün qırmızı xətləri keçərək odla oynamaq" olaraq xarakterizə edilib. İsrailin Fələstin xalqına qarşı törətdiyi bütün cinayətlərin əvəzinin veriləcəyini açıqlayan briqada bildirib ki, hazırda müqavimət qrupları qəbul olunacaq qərarı müzakirə edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm