İran dünyanı qorxudan yeni silahını sınaqdan keçirdi - FOTO
Bizi izləyin

Dünya

İran dünyanı qorxudan yeni silahını sınaqdan keçirdi - FOTO

İran dünən başlayan və bir həftə ərzində davam edəcək hərbi təlimlərdə yeni silahını sınaqdan keçirib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA bildirib.

İran Hərbi Hava Qüvvələrinin komandanı, general Əhməd Rza Purdestan hədəfi müəyyən edərək məhv edən “Raad” (“Göy gurultusu”) pilotsuz hava vasitəsini sınaqdan keçirildiyini söyləyib. Purdestan sözügedən pilotsuz hava vasitəsinin 250 kilometr uçuş məsafəsinin olduğunu və hədəfə nöqtəvi zərbə endirə bildiyini deyib.

“Raad”ı “hərəkətli bomba” adlandıran İran Hərbi Hava Qüvvələrinin komandanı “bomba”nın quru və havadakı hədəfləri məhv etmək üçün hazırlandığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm