Britaniya ilə Fransanı birləşdirən tunel bağlandı
Bizi izləyin

Dünya

Britaniya ilə Fransanı birləşdirən tunel bağlandı

Böyük Britaniya ilə Fransa arasındakı Kanal tunelindəki dəmir yolu fəaliyyətini dayandırıb.

Publika.az-ın məlumatına görə, Eurotunnel şirkəti hərəkətin tüstü səbəbindən dayandırıldığını bildirib. Polisin məlumatına görə, tüstüyə tunelin Fransa tərəfdə tunelin sonlunda yük maşınında baş verən yanğın səbəb olub. Xəsarət alanların olmadığı bildirilib.

Şirkət habelə bu gün heç bir qatarın fəaliyyət göstərməyəcəyini bildirib və sərnişinlərə səfərlərini təxirə salmağı, eləcə də, qatar dayanacaqlarına getməməyi məsləhət görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm