“Charlie Hebdo”ya yeni baş redaktor təyin olundu
Bizi izləyin

Dünya

“Charlie Hebdo”ya yeni baş redaktor təyin olundu

Yanvarın 7-də terror hücumuna məruz qalan Fransanın “Charlie Hebdo” satirik jurnalının yeni baş redaktoru məlum olub.

Publika.az “Le Figaro” qəzetinə istinadən verdiyi məlumata görə, terror aktı zamanı yaralananlardan biri olan karikaturaçı Loran Surisso jurnala rəhbərlik edəcək. Sağ çiynindən yaralanan Surisso sabah xəstəxanadan evə buraxılmalıdır.

Xatırladaq ki, hücum zamanı ölən 12 nəfərdən 10-u jurnalın əməkdaşı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm