Fələstinli gənc İsraildə avtobusa hücum edib: 11 yaralı - FOTO
Bizi izləyin

Dünya

Fələstinli gənc İsraildə avtobusa hücum edib: 11 yaralı - FOTO

23 yaşlı fələstinli Təl-Əvivin mərkəzində avtobusa hücum edərək ən azı 11 nəfəri bıcaqla yaralayıb. Onlardan üç nəfərin vəziyyəti ağırdı.

Publika.az xəbər verir ki, Maariv körpüsündə baş verən hadisədə silahlı həm avtobusun içində, həm də küçədə insanlara hücum edib.

Rəsmilər bildirir ki, şübhəli ilk olaraq sürücünü daha sonra isə sərnişinləri bıçaqlayıb. Daha sonra o, avtobusdan enərək qaçmağa nail olub, lakin yaxınlıqda olan həbsxana zabitləri tərəfindən saxlanılıb. Rəsmilər bildirir ki, zabitlər 23 yaşlı şübhəlinin ayağından gülləyərək onu saxlayıblar.

Polis sözçüsü şübhəlini İordan çayının qərb sahilindən olduğunu müəyyən edib və onu “terrorist” adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm