Ukrayna daha bir yaşayış məntəqəsini itirdi
Bizi izləyin

Dünya

Ukrayna daha bir yaşayış məntəqəsini itirdi

Separatçılar Donetsk vilayətinin Krasnıy Partizan yaşayış məntəqəsini tutublar.

Publika.azunina.net” saytına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində "İnformasiya müqaviməti" qrupunun koordinatoru, xalq deputatı Dmitri Tımçuk yazıb.

Onun sözlərinə görə, Donbas hövzəsinin münaqişə zonasında ekstremal vəziyyət qalmaqda davam edir.

Hərbi ekspert qeyd edib ki, rəqib həmçinin Yasinovatoy ərazisində güc toplayır. Bu rayona Rusiya-terror qoşunlarının (ilkin məlumatlara görə Rusiya Federasiyasının Qərb hərbi dairəsinin motoatıcı briqadalarından birinin tərkibindəki gücləndirilmiş tank bölüyü) taktik-batalyon qrupu gəlib. Taktik qrupun tərkibində 25-ə qədər hərbi texnika, həmçinin artilleriya divizionu var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm