Məktəbdən qızıl külçələr tapıldı
Bizi izləyin

Dünya

Məktəbdən qızıl külçələr tapıldı

Hindistanda məktəblərdən birində yır-yığış işləri zamanı xeyli sayda qızıl külçə və nəğd pul aşkar edilib.

Publika.az-ın məlumatına görə, hadisə Əhmədabad şəhərindəki məktəbdə birində baş verib. Məktəbdə iməclik işləri baş nazir Narendra Modinin elan etdiyi "Təmiz Hindistan" ictimai təşəbbüsü çərçivəsində keçirilirmiş.

"The Hindu" vebsaytının məlumatına görə, məktəbdə təmizlik işləri aparılan zamanı 2 qıfıllı şkafdan 10 milyon rupi ($160,000) və 2 kg-dan artıq qızıl külçələr aşkar edilib. Qızıl külçələrin ümumi dəyəri təxminən 6 milyon rupi təşkil edir.

Həmin qıfıllı şkaflar müəllimlər otağında yerləşirmiş və 2 ildən çoxdur kı heç kim tərəfindən açılmırmış.

NDTV vesaytının məlumatına görə, əməkdaşlardan heç kim aşkar edilmiş qızıl və pula sahib çıxmayıb.

2 ildən də az əvvəl vəzifəyə gəlmiş həmin məktəbin direktorunun təbirincə, şkafların kimə mənsub olması məlum deyil.

Bu hadisədən yerli polis də baş çıxara bilmir.

"Müəllimləri və əməkdaşları sorğu-suala tutmuşuq, həmin şkaflara sahib çıxan olmayıb", - polis rəsmisi bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm