İngilislərdən ABŞ-a “müharibə” elanı: “Biz daha çox öldürdük”
Bizi izləyin

Dünya

İngilislərdən ABŞ-a “müharibə” elanı: “Biz daha çox öldürdük”

İngiltərə mətbuatı təkbaşına 160 nəfəri öldürən amerikalı əsgərə “müharibə” elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə mətbuatı bir ingilis hərbçisinin təkbaşına 173 nəfəri öldürdüyünü yazıb.

İraq müharibəsində döyüşən amerikalı əsgər Kris Kilenin həyatından bəhs edilən “American sniper” (“Amerikalı snayper”) filmi ətrafında ciddi müzakirələr başlayıb. Filmdə snayper Kilenin təkbaşına 160 nəfəri öldürməsindən danışılır. Filmə İngiltərədən dərhal cavab gəlib. Ölkə mətbuatında çıxan xəbərlərdə deyilir ki, müharibə şəraitində təkbaşına ən çox adamı öldürən əsgər əslində bir ingilisdir.

İngiltərə ordusunda Kral dəniz piyadaçısı olaraq 10 il xidmət edən əsgərin kimliyi təhlükəsizlik tədbirləri ilə əlaqədar açıqlanmayıb. Həmin əsgər 2006-2007-ci illərdə Əfqanıstanda 6 ay xidmət edib. Hazırda ölkənin cənubunda yaşayan əsgərin Əfqanıstandan ölkəsinə 173 nəfəri öldürərək qayıtdığı bildirilir. Onun öldürdüklərinin hamısı Taliban üzvüdür. İddiaya görə, ingilis əsgəri yalnız 1 gündə 90 nəfəri öldürüb. Deyilənə görə, o, bir gün ərzində hər 10 dəqiqə bir Taliban üzvünü öldürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm