Ukraynalı partizan: “Rusiyaya 600 cəsəd göndərmişik...“
Bizi izləyin

Dünya

Ukraynalı partizan: “Rusiyaya 600 cəsəd göndərmişik...“

“Donetsk Xalq Respublikası”nın “dövlət başçısı” Aleksandr Zaxarçenkoya sui-qəsd partizanlar tərəfindən həyata keçirilib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “Teni” (“Kölgə”) partizan dəstəsinin lideri Aleksandr Qladkiy bildirib.

“Mən bilirəm ki, atəş açan bizim adamımız idi. Həmin insanın adını bilirəm. Bizim işimiz kifayət qədər çoxdur. Bir çox hallarda işimizi başqaları öz adlarına yazırlar”, - Qlatkiy vurğulayıb.

Partizan dəstəsinin rəhbəri bildirib ki, onun dəstəsi 600-dən çox separatçını öldürüb: “Bizim əsas məqsədimiz Rusiyaya daha çox tabut göndərməkdir. Bizim öldürdüyümüz insanların arasında “Çeçen” ləqəbli Andrey Borisov, Mariupol şəhərinin komendantı olmuş səhra komandiri, QRU-nun zabitləri Protasov və Lısyakov, səhra komandiri Rafi Abdul Cabbar ilə yanaşı, 12 rus və 6 çeçen var”.

Dəstə komandiri həmçinin qeyd edib ki, dekabrın 7-də snayper qrupunun rəhbəri “Lider” kod adlı Əmir Aldanov, 2015-ci ilin yanvarında Rusiyanın general mayoru Pyotr Pavlov və Mariupol milisinin keçmiş rəisi, separatçıların tərəfinə keçmiş Oleq Morqun məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm